27 oktyabr 2024. Bazar günü

Turan Tovuz'un aksiyasına 200 manatlıq dəstək


  • Offside
  • 20:01 10.02.2023
  • Oxunma sayı: 91
Turan Tovuz'un aksiyasına 200 manatlıq dəstək
"Turan Tovuz” – “Kəpəz” oyunu üçün bilet satışı davam edir. Corner.az xəbər verir ki, havanın qarlı olmasına baxmayaraq, bilet satışına maraq böyükdür.
 
Bilet satışının pik nöqtəsinin isə oyuna 2, 3 saat qalmış olması gözlənilir. Bu gün də simvolik bilet alaraq qiymətindən qat-qat çox ianə edənlər olub. Belə ki, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalmış, “Turan Tovuz”un keçmiş futbolçusu İlqar Zeynallının adını açıqlanmasını istəməyən bir dostu 1 bilet alaraq 200 AZN ianə edib. 
 
Qeyd edək ki, Tovuz şəhər stadionunda yerləşən meydançalardan biri məhz şəhid İlqar Zeynallının adını daşıyır.
 






Offside