27 oktyabr 2024. Bazar günü

16 voleybolçu zəlzələnin qurbanı oldu


  • Offside
  • 20:12 10.02.2023
  • Oxunma sayı: 80
16 voleybolçu zəlzələnin qurbanı oldu

Türkiyədəki zəlzələdə dağıntılar altında qalan Şimali Kipr Türk Respublikasına məxsus voleybol komandasının 16 üzvü həlak olub.

Corner.Az Türkiyə Voleybol Federasiyasının (TVF) rəsmi saytına istinadən xəbər verir ki, adı açıqlanmayan klub Adıyamandakı hotellərdən birində məskunlaşmışdı.

TVF vəfat edən idmançılara Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb.







Offside