- Offside
- 14:29 28.11.2024
"UFC-yə düşmək üçün yenidən cəhd edəcəyəm".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Nəriman Abbasov "sports.kz" nəşrinə açıqlamasında deyib.
29 yaşlı idmançı bildirib ki, bütün idmançılara ikinci şans verilir: "Mən də bundan istifadə etmək istərdim. Açığı, bu turnirdə döyüşmək arzu deyil. Amma özümü orada sınamaq istərdim. Axı bütün güclü döyüşçülər UFC-dədir".
Abbasov Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq "Naiza Fighting Championship" turnirində yerli idmançı Fanil Rafikova qarşı keçirəcəyi döyüşə də toxunub: "Rəqibi analiz edib hazırlaşıram. Qazaxıstan mənim ikinci vətənimdir. Ümid edirəm ki, buradakı qohumlarım və digər sakinlər mənə azarkeşlik edəcəklər".
Qeyd edək ki, Nəriman Abbasovla Fanil Rafikov arasında döyüş martın 18-də "Jekpe Jek" idman kompleksində keçiriləcək.