27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın formasını satışa çıxardı – Keçmiş məşqçisi


  • Offside
  • 15:33 11.02.2023
  • Oxunma sayı: 127
Qarabağ'ın formasını satışa çıxardı – Keçmiş məşqçisi
“Qarabağ”ın keçmiş məşqçisi Mehmet Ak Türkiyədə baş verən zəlzələ qurbanlarına yardım məqsədilə Ağdam klubundan xatirə saxladığı formaları satışa çıxarıb. Corner.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Hazırda Türkiyənin “Karacabey Belediyespor” komandasının çalışdırıcısı olan 40 yaşlı mütəxəssis bunları qeyd edib:
 
“2007/08 və 2008/09 mövsümlərində Azərbaycan kubokunu qazandığımız “Qarabağ”ın imzalı formaları gəlirləri zəlzələ bölgəsinə göndərilmək üzrə 1000 dollara satışa çıxarıram”.
 
Xatırladaq ki, Mehmet Ak vaxtilə həm “Qarabağ”da, həm də “Neftçi”də köməkçi-məşqçi kimi fəaliyyət göstərib.
 






Offside