Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyununa hakim təyinatları açıqlanıb.
Corner.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər idarə edəcək.
Eduardo Fernandes Koelyo birinci, Kristiano Santos ikinci, Felipe Qonsalo Santos Duarte üçüncü hakim kimi iş başında olacaq. Xorvat Edi Sunyiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi isə Haugen Kim Robin (Norveç) olacaq.