27 oktyabr 2024. Bazar günü

Millimiz Qızıl kəmər seriyasında ikinci oldu


  • Offside
  • 16:15 11.02.2023
  • Oxunma sayı: 117
Millimiz Qızıl kəmər seriyasında ikinci oldu

Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində medal sayına görə komandaların tutduqları yer açıqlanıb.


Azərbaycan Boks Federasiyasından Corner.Az-a verilən məlumata görə, aş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medalla kişi komandaları arasında ikinci yeri tutub. 

34 ölkənin qatıldığı ilin ilk turnirində birinci pillədə Rusiya (9 qızıl, 2 gümüş) qərarlaşdığı halda, “üçlüy”ü İtaliya (1 qızıl, 1 gümüş, 1 bürünc) qapayıb.

Qeyd edək ki, Qızıl kəmər seriyasında boksçularımızdan Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıb.







Offside