27 oktyabr 2024. Bazar günü

Gəncə'dən doğma azarkeşlər önündə qələbə


  • Offside
  • 21:43 11.02.2023
  • Oxunma sayı: 90
Gəncə'dən doğma azarkeşlər önündə qələbə
Fevralın 11-də Gəncə Olimpiya İdman Kompleksində, “Gəncə BK” və “AAAF Xırdalan BK” basketbolçuları arasında 17-ci turun növbəti oyunu keçirilib.
Corner.Az xəbər verir ki, gəncəlilər doğma azarkeş amilindən istifadə edərək, yeni transferlərinin parlaq oyunu ilə rəqibi üzərində 92-78 hesablı inamlı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular: “Gəncə BK” ( Cordan Endryus - 24 xal, 10 ribaund ), "AAAF Xırdalan BK" ( Endryu Korum - 21 xal, 12 ribaund )





Offside