27 oktyabr 2024. Bazar günü

Renatın qolu Qrasshopper'ə bəs etmədi


  • Offside
  • 12:19 12.02.2023
  • Oxunma sayı: 80
Renatın qolu Qrasshopper'ə bəs etmədi
Futbol üzrə İsveçrə çempionatında 20-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Servet”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 57-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Renat vurub.
 
“Qrasshopper” 20 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.






Offside