Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib. Corner.az xəbər verir ki, Yüksək Liqada üçüncü dövrənin oyunlarına fevralın 13-də start veriləcək.
Voleybol Mərkəzində təşkil olunacaq 7-ci turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” - UNEC dueli start götürəcək.