- Offside
- 23:59 16.12.2025
Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu keçirilib.
Corner.Az-ın məlumatına görə, "Olimpik Şəki BK" "Sərhədçi PİK"i qəbul edib.
Görüşə üstün başlayan "Sərhədçi PİK", parketdən 106-83 hesablı qələbə ilə ayrılaraq turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" ( Larri Robinson - 27 xal, 6 asist ), "Sərhədçi PİK" ( Endar Poladxanlı - 41 xal, 13 ribaund )
Qeyd edək ki, tura fevralın 13-də "Sabah BK" - "Neftçi İK" görüşü ilə yekun vurulacaq.