17 dekabr 2025. Çərşənbə

Zəlzələdə ölən futbolçunun adı stadiona verildi


  • Offside
  • 17:24 13.02.2023
  • Oxunma sayı: 111
Zəlzələdə ölən futbolçunun adı stadiona verildi

Türkiyədə baş verən zəlzələdə həlak olan “Kahramanmaraş İstiklalspor” klubunun futbolçusu Saruhan Bolatın adı Giresundakı stadionlardan birinə verilib.

Corner.Az xəbər verir ki, bu barədə Giresunda Yağlıdərə rayonunun bələdiyyə sədri Yaşar İbaş açıqlamasında deyib.

O, bundan sonra arenanın adı Saruhan Bolat rayon stadionu olacağını bildirib. “Kahramanmaraş İstiklalspor” Türkiyənin həvəskarlar liqasında çıxış edir. Adıçəkilən komandanın daha iki oyunçusu Taner Kahriman və Hakan Doğan da dağıntılar altında qalaraq ölüblər.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədəki zəlzələ nəticəsində 31 643 nəfər ölüb, 80 278 yaralanıb.







Offside