- Offside
- 23:59 16.12.2025
Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.
Corner.Az-ın məlumatına görə, günün yeganə oyununda "Sabah" və "Neftçi İK" komandaları üz-üzə gəliblər.
Qarşılaşma "Sabah"ın 79:61 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sərhədçi PİK" "Olimpik Şəki BK"nı 106:83, “Gəncə” “AAAF Xırdalan”ı 92:78, NTD isə "Zirvə Astara"nı 92:79 hesabı ilə üstələyib.