28 noyabr 2024. Cümə axşamı

Türkiyə yığmasının kapitanı zəlzələnin qurbanı oldu


  • Offside
  • 11:35 14.02.2023
  • Oxunma sayı: 76
Türkiyə yığmasının kapitanı zəlzələnin qurbanı oldu
Həndbol üzrə Türkiyə milli komandasının kapitanı Cemal Kütahya da “əsrin faciəsi” adlandırılan zəlzələdə vəfat edib. Corner.az xəbər verir ki, bu barədə Türkiyə Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
32 yaşlı həndbolçunun oğlu Çınar Kütahya da atası ilə birgə Antakyada yaşadığı evin dağıntıları altında qalıb. Cemal Kütahyanın həyat yoldaşı isə hələ də tapılmayıb. Axtarışların davam etdiyi bildirilir.






Offside