Ukraynanın “Minay” və Rusiyanın “Şinnik” klubunun futbolçuları əlbəyaxa olublar. Corner.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Antalya təlim-məşq toplanışı zamanı eyni oteldə qalan komandaların üzvləri kütləvi dava ediblər. Otelə dərhal polis və təcili tibbi yardım maşını çağırılıb.
Vəziyyətə nəzarət etmək üçün klubların fərqli otellərdə məskunlaşmasına qərar verilib.