- Offside
- 14:29 28.11.2024
Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə yekun vurulub.
Corner.Az xəbər verir ki, turnirin əsas yarışında doqquz oyundan 8 xal toplayan Fərid Mustafayev birinci yeri tutub. Kənan Qarayevlə Murad İbrahimli müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşdürüblər.
Turnirdə 12 yaşlıların mübarizəsində Əlisəfa Zeynallı qalib gəlib. Anar Rəhmanov ikinci, Rauf Əliyev isə üçüncü yerə layiq görülüblər.
Ümumilikdə 110 şahmatçının iştirak etdiyi turnir Quba Şahdağ Otelinin sponsorluğu və “Ağ Top” klubunun təşkilatçılığı ilə keçirilib.