Türkiyənin “Adana Dəmirspor” klubu ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün İtaliyanın “Fiorentina” komandası ilə xeyriyyə aksiyası keçirəcək.
Corner.az xəbər verir ki, bu barədə Adana klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən klublar keçirilməyəcək bir oyun üçün bilet satışa çıxaracaqlar. Təxminən 33 min bilet satışa çıxarılması gözlənilir. Satışdan əldə olunan gəlir zərərçəkənlərə yardım üçün fonda bağışlanacaq.