“Traktor” klubunun azarkeşləri Türkiyədə baş verən zəlzələyə biganə qalmayıb. Corner.az xəbər verir ki, komandanın Təbrizdə keçirdiyi son ev matçında fanatlar təbii fəlakət nəticəsində həlak olan insanları yad ediblər.
Eyni zamanda Türkiyə lehinə müxtəlif şüarlarda səsləndirilib. “Sevinciniz sevincimiz, acınız acımızdır. Başın sağ olsun Azərbaycan-Türkiyə”, pankartı açan fanatlar “Türkiyə, başın sağ olsun, Azərbaycan var olsun!” şüarı ilə çıxış edərək yadda qalıblar.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.