27 oktyabr 2024. Bazar günü

Lider qalib gəldi, digər oyun hakimlərə görə baş tutmadı


  • Offside
  • 20:10 14.02.2023
  • Oxunma sayı: 106
Lider qalib gəldi, digər oyun hakimlərə görə baş tutmadı
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turunun oyunları keçirilib. Corner.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan çempionatın 7-ci turuna “Murov” - “Neftçi” matçı ilə start verilib.
 
Çempionatın lideri “Murov” yenə qələbəyə sevinib. Komanda 3 xalı rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.
 
Bu gün 7-ci tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna hakimlərin oyuna çıxmaqdan imtina etməsi səbəb olub.
 
“Murov” hazırda 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, eyni xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.






Offside