27 oktyabr 2024. Bazar günü

AÇ-2023: Azərbaycan millisi Ermənistanla eyni qrupa düşdü


  • Offside
  • 09:26 15.02.2023
  • Oxunma sayı: 96
AÇ-2023: Azərbaycan millisi Ermənistanla eyni qrupa düşdü
Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığmasının 2023-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Corner.az xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmamız püşkatma nəticəsində B qrupunda yer alıb.
 
Azərbaycan millisi seçmə mərhələdə Ermənistan, Albaniya, Kipr və San Marino yığmaları ilə qarşılaşacaq.
 
Bu qrupun oyunları bu il 19-27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.






Offside