27 oktyabr 2024. Bazar günü

Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı


  • Offside
  • 17:27 15.02.2023
  • Oxunma sayı: 111
Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib. Corner.az xəbər verir ki, fevralın 16-da Yüksək Liqada 3-cü dövrə çərçivəsində iki matç keçiriləcək.
 
8-ci turun ilk qarşılaşmasında “Abşeron” komandası “Azərreyl”i sınağa çəkəcək. Bu oyun saat 16:00-da başlayacaq.
 
Ardınca UNEC - “Murov” oyunu baş tutacaq. Günün son matçına isə saat 18:00-da start veriləcək.
 
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.






Offside