27 oktyabr 2024. Bazar günü

Liderlə çempionun oyununda məhsuldar heç-heçə


  • Offside
  • 17:28 15.02.2023
  • Oxunma sayı: 101
Liderlə çempionun oyununda məhsuldar heç-heçə

Minifutbol üzrə ölkə çempionatında 11-ci tur başa çatıb. Corner.az xəbər verir ki, 11-ci turun mərkəzi qarşılaşmasında ötən ilin çempionu “Birbaşa Bakı”, hazırda turnir cədvəlinin lideri “Zirə” ilə görüşüb.

Gərgin və maraqlı keçən oyunda 2:2 hesabı qeydə alınıb. “Zirə”dən Pərviz Qaraxanov və Seymur Məmmədov fərqlənib. “Birbaşa Bakı”dan isə qolları İlkin Qəribli ilə Elvin Əlizadə vurub.

İdman Tv ilə canlı yayımlanan digər görüşdə isə “Odlar Yurdu” komandası “Bakı” kollektivinə 2:1 hesabıyla qalib gəlib. Turun digər oyunlarında “Zəngəzur”, “Veteran”, “Qalaksi Şuşa”, “Xəzər”, “Real” (Bakı) komandaları rəqiblərinə qalib gəliblər. “Aznur” - “AS Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 3:3.

Bu nəticələrdən sonra “Zirə” liderliyini davam etdirir.

12-ci turun oyunları fevralın 18-21-də keçiriləcək.







Offside