17 dekabr 2025. Çərşənbə

Azərbaycanlı hakimlər Türkiyəyə dəvət olundular


  • Offside
  • 17:36 15.02.2023
  • Oxunma sayı: 107
Azərbaycanlı hakimlər Türkiyəyə dəvət olundular
Türkiyənin Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turniri keçirilir.
 
Corner.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FİFA referisi Fəridə Lütfəliyeva, həmçinin referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunub.
 
Onlar turnir çərçivəsində bu gün Estoniya – Kosovo, fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya oyunlarını idarə edəcəklər.






Offside