17 dekabr 2025. Çərşənbə

Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı


  • Offside
  • 16:18 16.02.2023
  • Oxunma sayı: 148
Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi vaxt bəlli olub. Corner.az xəbər verir ki, Yüksək Liqada 8-ci turun qarşılaşmaları fevralın 17-də təşkil olunacaq. 
 
Həmin gün meydana ilk olaraq "Neftçi" və "Xarı bülbül" klubları çıxacaqlar. Bu oyuna saat 16:00-da start veriləcək. 
 
Günün ikinci matçı MOİK və "Murov" kollektivləri arasında olacaq. Bu görüş saat 18:00-da başlanacaq.
 
Qeyd edək ki, hər iki qarşılaşma Voleybol Mərkəzində keçiriləcək.






Offside