28 noyabr 2024. Cümə axşamı

AFFA iki komandanı yarışdan kənarlaşdırdı


  • Offside
  • 16:53 17.02.2023
  • Oxunma sayı: 116
AFFA iki komandanı yarışdan kənarlaşdırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilmiş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Region Liqasında keçirilməli olan “Arpaçay” (Şərur) - “Sədərək” oyununda “Sədərək” komandası vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Buna görə “Sədərək” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə “Sədərək” komandası yarışlardan kənarlaşdırılıb.
 
Region Liqasında keçirilən “İrəvan” – “Difai” oyununda “Difai”nin heyətində İntizam Komitəsi tərəfindən hakimi təhqir etdiyinə görə 4 oyunluq cəza almış 5 nömrəli futbolçu Gülalı Mehrəliyev oyunda iştirak etdiyinə görə “Difai”yə 0:3 hesablı məğlubiyyət verilib.
 
Region Liqasında keçirilən “Zəfər 44” – “Qobustan” oyununun 1-ci hissəsi bitdikdən sonra “Zəfər 44” komandasının baş məşqçisi Vidadi Salmanov və koordinatoru Bəxtiyar Salmanov hakimlər briqadasına hədə-qorxu gəldiyinə və hakimləri təhqir etdiyinə görə Baş məşqçisi Vidadi Salmanov və koordinatoru Bəxtiyar Salmanova 10 oyun stadiona giriş qadağası qoyulub. Komanda tərəfindən təhlükəsizlik tədbirləri görülmədiyi üçün hakimlər briqadası 2-ci hissədə oyuna çıxmadığına görə oyun keçirilməyb. Bu üzdən sözügedən komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib. Azarkeşlər tərəfindən hakimlərə təzyiqlər edildiyinə və onları vurmağa cəhdlər edildiyinə görə komanda növbəti 1 oyunu azarkeşsiz keçirəcək.
 
U-16 Liqasında keçirilən “Neftçi” PFK – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ”nin futbolçusu Arzu Mədətov rəqib komandanın ehtiyat oyunçularına idmançıya yaraşmayan jest göstərdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
 
U-16 Liqasında keçirilən “Sabah” – EFA oyununda EFA-nın futbolçusu Toğrul Haqverdiyev turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə EFA-ya 0:3 hesablı məğlubiyyət verilib.
 
U-13 Liqasında keçirilən “Kəpəz” – “Çinar” oyununda “Kəpəz”in futbolçusu Cavid Rüstəmov rəqibi vurduğu üçü qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb. “Çinar”ın futbolçusu Sənan Abbasov da rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.
 
U-12 Liqasında keçirilən “Kəpəz” – “Çinar” oyununda “Çinar”ın baş məşqçisi Elçin Quziryani hakimin ünvanına qeyri etik ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
 
U-12 Liqasında keçirilməli olan UGİM (Siyəzən) – “Hil” (Qusar) qarşılaşması keçirilmədiyi üçün “Hil” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə “Hil” komandası yarışlardan kənarlaşdırılıb.
 
“Çinar Zəngilan” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran”ın oyunçusu Qədirli Balarza oyun bitdikdən sonra hakimin üzərinə bir neçə dəfə təcavüzkar şəkildə sıçrayaraq hücum etməyə cəhd göstərdiyinə görə İntizam Məcəlləsinin 32-ci maddəsi tətbiq edilərək 3 oyun şərti olmaqla 5 oyun cəzalandırılıb. Şərti cəza üçün 3 ay sınaq müddəti müəyyən edilib. Sınaq müddəti ərzində İntizam Məcəlləsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verdiyi halda şərti cəzanın oyunçunun müvafiq pozuntuya görə aldığı cəzanın üzərinə gəlinəcəyi barədə oyunçu və klub xəbərdar olunub.






Offside