28 noyabr 2024. Cümə axşamı

Rüstəm Orucov medalsız qaldı


  • Offside
  • 20:18 17.02.2023
  • Oxunma sayı: 63
Rüstəm Orucov medalsız qaldı
Azərbaycan cüdoçuları İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində ikinci günü medalsız başa vurublar. Corner.az xəbər verir ki, Nurlan Osmanov (73 kq) 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşviliyə uduzub.
 
81 kq-dakı Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyaya məğlub olub. Eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqan və israilli İftaç Badaşa qalib gəlsə də, 1/4 finalda italiyalı Antonio Espositoya, təsəlliverici görüşdə isə portuqaliyalı Joau Fernanduya uduzub.
 
Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxmışdı. “Böyük Dəbilqə” fevralın 18-də başa çatacaq.






Offside