27 oktyabr 2024. Bazar günü

Xarı Bülbül Neftçi'yə, Murov MOİK-ə qalib gəldi


  • Offside
  • 21:32 17.02.2023
  • Oxunma sayı: 82
Xarı Bülbül Neftçi'yə, Murov MOİK-ə qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Corner.Az-ın məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk matçı “Neftçi” və "Xarı bülbül" komandaları arasında baş tutub. Günün ilk qarşılaşmasında Şuşa təmsilçisi inamlı qələbə qazanıb - 3:0 (25:22, 25:20, 25:18).

Turun son matçında isə "Murov" MOİK-ə eyni hesabla qalib gəlib - 3:0 (25:13, 25:18, 25:8).

Beləliklə, "Murov" 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik "Xarı bülbül" ikinci, 9 xalı olan "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.







Offside