- Offside
- 14:29 28.11.2024
Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu ölkənin Hatay vilayətində baş vermiş zəlzələdə dünyasını dəyişib.
Corner.Az-ın "CNN Türk"ə istinadən məlumatına görə, bu barədə qanalı hücumameylli yarımmüdafiəçinin agenti Murat Uzunmehmet açıqlama verib. O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Bildirək ki, daha əvvəl "Hatayspor"un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı həlak olub.
Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", "Everton" və "Nyukasl" kimi klublarında da çıxış edib.