Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələyə görə transfer pəncərəsinin müddətinin növbəti dəfə uzadılması qərara alınıb. Corner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün öncə federasiya prezidenti Mehmet Böyükekşi transfer pəncərəsinin müddətinin martın 5-nə kimi uzadılması ilə bağlı FİFA-ya müraciət ünvanladıqlarını açıqlamışdı. Artıq ali futbol qurumundan müsbət cavab gəlib. Qardaş ölkədəki vəziyyəti nəzərə alan FİFA, bu ölkədə transfer pəncərəsinin müddətinin ikinci dəfə uzadılmasına icazə verib.
Xatırladaq ki, Türkiyədə qış transfer pəncərəsi fevralın 8-də bağlanmalı idi. Lakin TFF məhz ölkə ərazisindəki təbii fəlakətlə əlaqədar olaraq FİFA-ya müraciət etmiş və bu müddət daha 10 gün artırılmışdı.