- Offside
- 14:29 28.11.2024
Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından Corner.Az-a verilən məlumata görə, bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda milli üzvlərinin də rəqibləri bəlli olub.
İlk gündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaqlar.
Bolqarıstan, “Strandja” turniri
1/8 final
20 fevral
Günel Rəhimova (48 kq) – Qloria Dameyda (Fransa)
Anaxanım İsmayılova (50 kq) – Laura Fernandes (İspaniya)
Məhsəti Həmzəyeva (57 kq) – Vinakşi (Hindistan)
Şəhla Allahverdiyeva (66 kq) – Çarli Kavana (Kanada)
1/16 final
21 fevral
Malik Həsənov (63,5 kq) – Şpetim Bayoku (Kosovo)
1/8 final
22 fevral
Məhəmməd Abdullayev (+92 kq) – Yordan Morehon (Bolqarıstan)
Zeynəb Rəhimova (54 kq) – Yuliya Koroli (Moldova)
1/2 final
25 fevral
Aynur Rzayeva (+81 kq) – Monika (Hindistan)
“Strandja” turnirində 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Turnirin qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.