27 oktyabr 2024. Bazar günü

Basketbol üzrə Azərbaycan Kubokunun keçirilmə tarixi açıqlandı


  • Offside
  • 15:23 20.02.2023
  • Oxunma sayı: 135
Basketbol üzrə Azərbaycan Kubokunun keçirilmə tarixi açıqlandı

Basketbol üzrə Azərbaycan Kubokunun keçirilmə tarixi açıqlanıb.

Federasiyadan Corner.Az-a verilən məlumata görə, oyunlar 21 - 26 martda "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

İki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək kubok matçları dairəvi sistemdə oynanılacaq. Qruplarda ilk iki yeri tutmuş kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. 26 martda final görüşü keçiriləcək.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi fevralın 21-də olacaq və federasiyanın rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.







Offside