16 dekabr 2025. Çərşənbə axşamı

Real'ın fəxri prezidenti dünyasını dəyişdi


  • Offside
  • 12:17 21.02.2023
  • Oxunma sayı: 110
Real'ın fəxri prezidenti dünyasını dəyişdi
Madrid “Real”ının sabiq hücumçusu Amansio vəfat edib. Corner.az İspaniya mediasına istinadən xəbər verir ki, keçmiş futbolçu 83 yaşında dünyasını dəyişib. 
 
O, 1962-1976-cı illərdə Madrid komandasında çıxış edib və İspaniya çempionatında 344 oyun keçirib. 1984-1985-ci illərdə “Real”ın baş məşqçisi olub.
 
“Real”la 9 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun qalibi və avrokubokların qalibi olub. 2022-ci ilin oktyabrından “Real”ın fəxri prezidenti idi.






Offside