16 dekabr 2025. Çərşənbə axşamı

Qarabağ su polosu üzrə Baku Winter Cup turnirinin qalibi olub


  • Offside
  • 13:21 21.02.2023
  • Oxunma sayı: 190
Qarabağ su polosu üzrə Baku Winter Cup turnirinin qalibi olub

Bakı Su İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tədbirlər planına uyğun olaraq su polosu idman növü üzrə BAKU WINTER CUP turniri keçirilib.

Azərbaycan Üzgüçülük Federasiyasından Corner.Az-a verilən məlumata görə yarışlara 5 komanda qatılıb. Bakı Gənclər və İdman İdarəsi, Azərbaycan Üzgüçülük Federasiyası və Qarabağ vaterpol klubu tərəfindən keçirilən turnirdə Qarabag-Aquatic komandası 1-ci yer, 145 Qroup komandası 2-ci yer, Sharks komandası isə 3-cü yerə sahib olub. Yarışın sonunda qaliblər kubiklar, medallar, diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.


Federasiyadan onu da bildirblər ki, yarışın keçirilməsində məqsəd idmanın bu növünə olan marağı artırmaq, su polosunun gənclər və yeniyetmələr, uşaqlar arasında daha da populyarlaşmasına nail olmaqdır.

Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tədbirlər planına uyğun olaraq vaterpol üzrə digər beynəlxalq turnirin keçirilməsi iyun ayına planlaşdırılıb. Bu yarışda yerli komandalarla yanaşı 4 xarici ölkənin komandalarının da iştirakı nəzərdə tutulub. Artıq hazırda yarışa hazırlıq prosesi gedir.







Offside