16 dekabr 2025. Çərşənbə axşamı

Dani Alveşin zaminə buraxılması tələbi rədd edildi


  • Offside
  • 14:46 21.02.2023
  • Oxunma sayı: 105
Dani Alveşin zaminə buraxılması tələbi rədd edildi

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Dani Alveş girov qarşılığında zaminə buraxılmayacaq.

Corner.Az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Barselona məhkəməsi 39 yaşlı müdafiəçinin tələbini rədd edib.

Braziliyalı oyunçunun məhkəməyə qədər istintaq təcridxanasında qalmasına qərar verilib.

Vəkillər həbs müddətini elektron izləmə qolbağının istifadəsi və pasportun müsadirəsi kimi digər tədbirlərlə əvəzləməyi təklif ediblər. Onlar həmçinin Alveşi hər gün məhkəmədə yoxlamağa razılaşıblar.

Qeyd edək ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün tutulub







Offside