16 dekabr 2025. Çərşənbə axşamı

Azərbaycan çempionu Xorvatiya klubu ilə müqavilə imzaladı


  • Offside
  • 16:44 21.02.2023
  • Oxunma sayı: 93
Azərbaycan çempionu Xorvatiya klubu ilə müqavilə imzaladı

Azərbaycan şahmatçısı Vasif Durarbəyli Xorvatiyanın "Croatian Bulldogs" klubu ilə müqavilə imzalayıb.

Corner.Az-ın məlumatına görə, bu barədə Xorvatiya təmsilçisinin meneceri Vyekoslav Nemets tviterdə bildirib.

Onun sözlərinə görə, 31 yaşlı qrossmeysterin sözləşməsinin müddəti bir mövsümlükdür.

Qeyd edək ki, ötən ay Azərbaycan çempionu olan iti zəka sahibi 2021-ci ildə də eyni uğura imza atıb.







Offside