16 dekabr 2025. Çərşənbə axşamı

Azərbaycanlı hakimlər üçün FİFA instruktorundan seminar


  • Offside
  • 22:04 21.02.2023
  • Oxunma sayı: 85
Azərbaycanlı hakimlər üçün FİFA instruktorundan seminar
AFFA-nın inzibati binasında FİFA tərəfindən futzal hakimləri və hakim inspektorları üçün seminar keçirilir. Corner.Az xəbər verir ki, fevralın 20-dən start götürən və 22-dək davam edəcək seminar FİFA instruktoru Perri Qautye tərəfindən həyata keçirilir.
 
Seminarda Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən göndərilmiş rəsmi müraciət məktubuna əsasən, iki futzal hakimi və bir hakim-inspektor da iştirak edir. Mübadilə proqramı (exchange) əsasında Səudiyyə Ərəbistanından gələn hakimlər və hakim-inspektor futzal üzrə Yüksək Liqanın 14-cü turunun “Alyans” – U 19 oyununu idarə edəcəklər.






Offside