27 oktyabr 2024. Bazar günü

Sərhədçi AAAF Xırdalan-a məğlub oldu


  • Offside
  • 21:25 22.02.2023
  • Oxunma sayı: 58
Sərhədçi AAAF Xırdalan-a məğlub oldu

Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.

Corner.Az-ın məlumatına görə, açılış oyununda "Sərhədçi PİK" və "AAAF Xırdalan" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş Xırdalan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın ilk hissəsində bərabər mübarizə getsə də, ikinci yarıda üstünlük nominal qonaqların tərəfinə keçib. Yekunda "AAAF Xırdalan" rəqibini 73:66 hesabı ilə məğlub edib.

Ən məhsuldar basketbolçular "Sərhədçi PİK"dən Maksvel Starvud (24 xal, 4 ribaund), "AAAF Xırdalan"dan isə Endryu Korum (20 xal, 13 ribaund) olublar.

Qeyd edək ki, XIX turun NTD - "Sabah", "Gəncə" - "Neftçi İK" və "Olimpik Şəki" - "Zirvə Astara" oyunları müvafiq olaraq fevralın 23-ü, 25-i və 26-da keçiriləcək.







Offside