27 oktyabr 2024. Bazar günü

Lider xal fərqini artırdı


  • Offside
  • 22:34 22.02.2023
  • Oxunma sayı: 63
Lider xal fərqini artırdı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunları keçirilib.

Corner.Az-ın məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan turun açılış matçı "Murov"la "Xarı bülbül" arasında olub. Görüş Fərid Cəlalovun baş məşqçi olduğu komandanın 3:0 (25:16, 25:22, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Turun son oyununda isə "Neftçi" MOİK-i sınağa çəkib. Bu görüşdə isə Pərviz Səmədovun başçılıq etdiyi kollektiv qalib gəlib - 3:1 (25:23, 18:25, 25:13, 25:23).

Beləliklə, 9 turdan sonra "Murov" 23 xalla turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik "Xarı bülbül" ikinci, eyni xalı olan "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

IX tur
“Murov” - “Xarı bülbül” 3:0 (25:16, 25:22, 25:21)
“Neftçi” - MOİK 3:1 (25:23, 18:25, 25:13, 25:23)






Offside