28 noyabr 2024. Cümə axşamı

Qanalı futbolçu Ukraynadan çıxa bilmir


  • Offside
  • 11:16 23.02.2023
  • Oxunma sayı: 91
Qanalı futbolçu Ukraynadan çıxa bilmir
Qanalı futbolçu David Mavutor Ukraynanı tərk edə bilmir. Corner.az xəbər verir ki, buna səbəb 31 yaşlı oyunçunun reabilitasiya prosesindən keçmək və oğlunun sənədlərini hazırlamaq üçün yollandığı Kiyevdə bir neçə il əvvəl aldığı Tacikistan pasportunu itirməsidi.
 
Mavutor Tacikistan səfirliyinə müraciət etsə də, orada onunla bağlı bazada məlumat olmadığı bildirilib. Futbolçu daha sonra Tacikistan Futbol Federasiyasına müraciət edib, ancaq oradan da cavab ala bilməyib. O, hazırda ailəsi ilə birlikdə Kiyevdədi və heç bir komanda ilə müqavilə imzalaya bilmir.
 
Qeyd edək ki, David Mavutor əvvəllər Polşanın “Visla” (Krakov), Qazaxıstanın “Jetısu” və “Şaxtyor” (Karaqanda), həmçinin Özbəkistanın “İstiqlol” klublarında çıxış edib.






Offside