27 oktyabr 2024. Bazar günü

Psixoloji hazırlıq idmançının nəticəsində mühüm rol oynayır


  • Offside
  • 11:39 23.02.2023
  • Oxunma sayı: 137
Psixoloji hazırlıq idmançının nəticəsində mühüm rol oynayır

22 fevral Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə, Azərbaycan Alpaqut Federasiyasının bir sıra hakim və məşqçilərə idmançıların, məşqçilərin və hakimlərin fiziki dayanıqlılıqla yanaşı psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə seminar keçirilib.

Federasiyadan Corner.Az-a verilən məlumata görə, seminarın açılışında ilk olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi çox dəyərli Raqif Abbasov çıxış edib və dövlət himni səsləndirilib daha sonra Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin vitse prezident Rafig Gasimov Kürşad Alpagut və Emil Rəhimov Dünya Alpaqut Federasiyasının Vitse-prezidenti olaraq çıxış edərək seminarın faydalarından və əldə ediləcək nəticələrin əhəmiyyətindən danışıb.

Daha sonra professor, 160-dan cox elmi əsərin müəllifi və həmmüəllifi psixoloq Elmar Hüseynova verilib.

Elmar müəllim seminarın mövzusuna dair bilərlə öz peşəkar təcrübələrini bölüşüb.

Seminarın sonunda isə Alpaqut Turan Döyüş Sənəti üzrə bir sıra hakimlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsnifat normativlərinə uyğun olaraq idman hakimliyi dərəcələri ilə təltif olunublar.













Offside