28 noyabr 2024. Cümə axşamı

İsveçrə Ali Məhkəməsi rusların şikayətini təmin etmədi


  • Offside
  • 19:54 23.02.2023
  • Oxunma sayı: 63
İsveçrə Ali Məhkəməsi rusların şikayətini təmin etmədi
Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı Rusiya Futbol İttifaqının (RFI) şikayətinə İsveçrə Ali Məhkəməsində baxılmayıb. Corner.az xəbər verir ki, bu barədə ali məhkəmə məlumat yayıb.
 
Rusiyalılar FIFA və UEFA-nın qərarından narazılığını bildirsə də, İdman Arbitraj Məhkəməsi (CAS) rədd cavabı verib. RFI daha sonra İsveçrə Ali Məhkəməsinə üz tutub, ancaq apellyasiya şikayəti vaxtında verilməyib. Bu səbəbdən onların şikayətinə baxıla bilməz. Qərara alınıb ki, həm heç bir xərc tutulmayacaq, həm də mükafat verilməyəcək.
 
RFI-nin apellyasiya şikayəti vermək üçün 30 gün vaxtı olsa da, ayrılan vaxt quruma kifayət etməyib. İsveçrə Ali Məhkəməsi də Rusiya tərəfinin ərizəsini təmin etməyib.
 
Qeyd edək ki, FIFA və UEFA ötən ilin fevralında siyasi vəziyyətlə əlaqədar Rusiya klub və yığmalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.






Offside