27 oktyabr 2024. Bazar günü

NTD Sabah'a məğlub oldu


  • Offside
  • 22:57 23.02.2023
  • Oxunma sayı: 71
NTD Sabah'a məğlub oldu
Azərbaycan Basketbol Liqasında 19-cu turun daha bir oyunu keçirilib. Corner.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan matçda NTD və "Sabah" komandaları üz-üzə gəliblər.
 
Xalaxal prinsipi ilə davam edən görüşün yekununda ikincilər 82:72 hesablı qələbə qazanıblar.
 
Ən məhsuldar basketbolçular NTD-dən Zak Hadson (18 xal, 4 ribaund), "Sabah"dan isə Entoni Patti (18 xal, 14 ribaund) olublar.
 
Xatırladaq ki, daha öncə “Sərhədçi” və “AAAF Xırdalan” komandalarının oyununda Xırdalan təmsilçisi 73:66 hesabıyla qalib gəlib. 19-cu turun “Gəncə" - "Neftçi” İK və "Olimpik Şəki" - "Zirvə Astara" oyunları müvafiq olaraq fevralın 25-i və 26-da keçiriləcək.






Offside