27 oktyabr 2024. Bazar günü

Yanğında yaralanan türk futbolçu dünyasını dəyişdi


  • Offside
  • 09:40 24.02.2023
  • Oxunma sayı: 95
Yanğında yaralanan türk futbolçu dünyasını dəyişdi
Almaniyada ötən ilin dekabr ayında çıxan güclü yanğın nəticəsində ağır yaralanan türk futbolçu Bilal Özkara dünyasını dəyişib. Corner.az xəbər verir ki, 22 yaşlı futbolçu müalicə aldığı xəstəxanada vəfat edib.
 
İkimərtəbəli binada çıxan yanğına yuxuda olarkən yaxalanan Bilalı xilasedicilər çox çətinliklə xilas etmiş və xəstəxanaya çatdırmışdılar. Ciddi yanıq xəsarətləri alan futbolçu dekabrın 17-dən müalicə alırdı. Lakin həkimlər gənc oyunçunun həyatını xilas edə bilməyiblər.
 
Almaniya 3-cü Liqasında mübarizə aparan “Şermbek”də forma geyinən Özkara üçün komanda yoldaşları yardım kampaniyası da başlatmışdılar.






Offside