27 oktyabr 2024. Bazar günü

Millimizin Yunanıstan və Polşa ilə oyunlar üçün heyəti açıqlandı


  • Offside
  • 11:58 24.02.2023
  • Oxunma sayı: 76
Millimizin Yunanıstan və Polşa ilə oyunlar üçün heyəti açıqlandı
Futzal üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib. Corner.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyası DÇ-2024-ün əsas mərhələsi oyunlarında iştirak edəcək oyunçuların adlarını açıqlayıb.
 
16 futzalçı martın 3-də Bakıda Yunanıstan, 7-də isə səfərdə Polşa ilə keçiriləcək qarşılaşmada baş məşqçi Alesio da Silvanın ixtiyarında olacaq.
 
Yığmanın heyəti: Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Amadeu, Felipinyo, Cavad Məmmədov, Emin Kürdov, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Amir Şojaei, Hadi Ahmadi (hər ikisi “Bayterek”, Qazaxıstan), Fineo De Araujo, Tyaqo Teles Martins (hər ikisi “Sportinq Paris”, Fransa), Rövşən Hüseynli (“Atırau, Qazaxıstan), Eduardo Borges (“Sportinq Anderlext”, Belçika), Rafael Vilela (“Tümen”, Rusiya), Everton Kardoso (“Bintanq Timur”, İndoneziya).
 
Qeyd edək ki, Azərbaycan millisi fevralın 27-də Bakıda təlim-məşq toplanışına başlayacaq.






Offside