16 dekabr 2025. Çərşənbə axşamı

Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu


  • Offside
  • 14:49 24.02.2023
  • Oxunma sayı: 99
Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
Anatoli Banişevskinin doğum gününə həsr olunmuş ənənəvi futbol turnirinə yekun vurulub. Corner.az xəbər verir ki, Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı, AFFA-nın dəstəyilə keçirilən turnirdə Bakının kənd və qəsəbələrindən ümumilikdə 8 komanda iştirak edib.
 
Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların məşq meydanında baş tutan final qarşılaşmasında Qobustan qəsəbəsini təmsil edən “Şıxlar” komandası rəqibi “Ələt” komandasını 4:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.
 
Yekunda turnirdə müvafiq yerləri tutmuş komandalara AFFA tərəfindən kubok, medallar və müxtəlif nominasiyalar üzrə hədiyyələr təqdim olunub. Kuboku “Şıxlar” komandasına AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov birlikdə təqdim edib.






Offside