16 dekabr 2025. Çərşənbə axşamı

AÇ:Azərbaycan yığmasının rəqibləri bilindi


  • Offside
  • 19:37 24.02.2023
  • Oxunma sayı: 89
AÇ:Azərbaycan yığmasının rəqibləri bilindi
20 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatındakı rəqibləri bilinib. Corner.az xəbər verir ki, komandamız B divizionunda yarışacaq.
 
Püşkatmanın nəticəsinə görə, basketbolçularımız C qrupunda Kosovo, İsveç, Ukrayna və Gürcüstanla mübarizə aparacaq.
 
Turnir iyulun 7-dən 16-dək Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək.






Offside