19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqiblərindən olan Fransa yığması 2 yoldaşlıq oyunu keçirib. Corner.az xəbər verir ki, rəqibimiz doğma meydanda Polşanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
İlk matçda 2:0 hesabı ilə qələbə qazanan Fransa millisi ikinci dueldə də üstün olub 9:6.
Qeyd edək ki, AÇ-2023-ün əsas mərhələsinin qrup oyununda Fransa – Azərbaycan oyunu martın 22-də Bosniya və Herseqovinada keçiriləcək. Gənclərimiz ertəsi gün meyda sahibi komanda ilə, martın 25-də isə Yunanıstandan olan həmyaşıdları ilə gücünü sınayacaq.