Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Yulian Draksler uzun müddətə sıradan çıxıb. Corner.az xəbər verir ki, 29 yaşlı vinger topuğundan aldığı zədəyə görə əməliyyat olunmaq məcburiyyətində qalıb.
Həkimlər alman oyunçunun cari mövsümdə bir daha meydana çıxa bilməyəcəyini açıqlayıblar. O, bərpa dönəmini Portuqaliya klubunun düşərgəsində keçirəcək.
Xatırladaq ki, almaniyalı futbolçu müqavilə ilə Fransanın PSJ klubuna məxsusdur. Yarımmüdafiəçi “Benfika”da icarə əsasında çıxış edir. O, bu mövsüm sözügedən komandanın heyətində 18 oyuna 2 qol vurub.