Azərbaycan Basketbol Liqasında 19-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, turun sonuncu görüşü bu gün Şəki Olimpiya İdman Kompleksində baş tutub.
“Olimpik Şəki” doğma divarlar arasında "Zirvə Astara" basketbolçularını qəbul edib.
Oyuna qonaqlar üstün başlayaraq, yekunda 89-73 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular "Olimpik Şəki”dən Larri Robinson (18 xal, 6 ribaund), “Zirvə Astara”dan isə Zaur Paşayev (20 xal, 9 ribaund) olublar.
Bu turun daha əvvəl baş tutmş oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdı: “Sərhədçi” – “AAAF Xırdalan” – 66:73, NTD – “Sabah” – 72:82, “Gəncə” – “Neftçi” – 83:73.
20-ci turun oyunları 1-5 mart tarixləri aralığında baş tutacaq