27 oktyabr 2024. Bazar günü

Əli Daei The Best mükafatlandırma mərasiminə qatılacaq


  • Offside
  • 13:00 27.02.2023
  • Oxunma sayı: 74
Əli Daei The Best mükafatlandırma mərasiminə qatılacaq
İran millisinin əfsanəvi futbolçusu Əli Daei ölkəni tərk edə bilib. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, cənubi azərbaycanlı sabiq hücumçu Fransaya yollanıb.
 
O, FIFA prezidenti Canni İnfantinonun dəvəti ilə bu gün Parisdə keçiriləcək “The Best” mükafatlandırma mərasiminə qatılacaq. 54 yaşlı futbol mütəxəssisi İnfantino ilə birlikdə çəkilən şəklini instaqram səhifəsində paylaşıb.
 
Qeyd edək ki, Əli Daei İranda etirazçılara dəstək verdiyi üçün ölkədən çıxışına qadağa qoyulmuşdu.






Offside