Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman növbəti dəfə təyinat alıb. Corner.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) ona qadınlar ular arasında Çempionlar Liqasının pley-off mərhələsi matçını həvalə edib.
Frişman Türkiyənin İstanbul şəhərində keçiriləcək yerli “Vakıfbank”la Polşa təmsilçisi “LKS Lodz” arasında baş tutacaq qarşılaşmada supervayzer kimi fəaliyyət göstərəcək və hakimlərin işinə qiymət verəcək.
Martın 1-dəki görüşü macarıstanlı Halaş Tibor və rumıniyalı Visan Benone idarə edəcək.
Qeyd edək ki, “Vakıfbank”la “LKS Lodz”in ilk duelində Türkiyə klubu 3:0 hesablı qələbə qazanıb.